KiBirLi_PrenS.

KiBirLi_PrenS. Maraqlı 3-05-2023, 14:30

Tarixi-Nadir" kitabı haqqında maraqlı məqamlar

Tarixi-Nadir" kitabı haqqında maraqlı məqamlar
Əlyazmalar qədim dövrlərdən bizə miras qalan ən dəyərli mənbə hesab olunur. Ölkənin, millətin istər tarixi-mədəni, istərsə də siyasi həyatını araşdırmaq üçün ilk olaraq əlyazmalara müraciət olunur. Ona görə də qədim kağızların tətbiq edilməsi və qorunması olduqca vacibdir.
Bu mənada Əlyazmalar İnstitunun fəaliyyətini xüsusi vurğulamaq lazımdır. İnstitutda qorunub saxlanılan və xüsusi əhəmiyyət kəsb edən qədim əlyazmalardan biri də Tarixi-nadir kitabıdır.
El arasında məşhur zərbi-məsəllərdən biri olan bu söz çox zaman zarafat məqəsədilə deyilir. Əslində isə Məşədi İbad bunu heç də zarafatla deməmişdi. Həqiqətən də, Tarixi-Nadiri kitabını yarıya qədər oxumaq böyük qəhrəmanlıqdır. Çünki kitab çox qəliz dildə yazılıb.
"Tarixi Nadir" 1736-1747-ci illərdə hakimiyyətdə olan Nadir Şah haqqındadır. Tam adı "Kitabi tarixi cahənkaşan məşhur və Tarixi Nadir" olan əsərin müəllifi şahın şəxsi tarixçisi Mirzə Mehdi xan Astrabadidir. Onun bir neçə nüsxəsi mövcuddur. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda 1827-ci ilə aid nüsxəsi bu günə qədər də qorunub saxlanılır. İnstitutun icraçı direktoru Paşa Kərimov bildirib ki, kitabda qeyd olunan tarix və hadisələr dəqiq faktlardır. "Əfşarlar dövlətinin banisi Nadir şah Əfşarın dəftərxanasının katibi olub. O, eyni zamanda bir sıra digər vəzifələri də yerinə yetirib. Müxtəlif tapşırıqları icra etmək üçün müxtəlif hökmdarların sarayına getmiş və Nadir şahın məktublarını tapşırıqlarını onlara çatdırıbdı. Bundan başqa o demək olar ki, Xarici İşlər naziri və dövlət katibi vəzifəsini də icra edibdi".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
446 484 439 455 419 454

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.