n2006

n2006 Mətbəx 7-05-2023, 15:00

Badımcan salatını belə hazırlayın

Badımcan salatını belə hazırlayın
Yay aylarında salatlardan daha çox istifadə olunur. Bu səbəbdən salat reseptləri də az maraq doğurmur. Bunu nəzərə alaraq sizə badımcan salatının hazırlanma qaydası haqda məlumatı təqdim edirik.



Badımcan salatının tərkibi:

4 orta boy badımcan, 3 orta boy kök, 2 orta boy soğan, 4 balaca xiyar turşusu, 300 toyoğun sinəsi, 1 st qoz, bitgi yağı, xama, mayonez, duz, istiot.



Hazırlanması:

Badımcanları və soğanı soyuru, incə-incə doğrayıb yağda qızardırıq. Sonra kökü sürtgəcdən keçirib qızardırıq. Daha sonra toyuğun sinə ətini bişirilib doğranılır. Eyni qayda ilə qoz və xiyar turşusunuda doğrayıb salatı düzəltməyə başlayırıq.

Öncə boşqaba smetan və mayonezi çəkirik, birinci qata qızardılmış badımcanları düzürük. Sonra mayonez və smetan çəkib kökü əlavə edirik. Üçüncü qata da mayonez və smetan çəkib, soğan əlavə edilir. Daha sonra eyni qata həm xiyar turşusu, həmdə qoz düzürük. Üstünə yenə mayonez və smetan çəkib toyuğun doğranılmış sinə ətini əlavə edirik, Sonuncu qatı da semtan mayonez vurub qozla bəzəyirik.

Soyuducuda 3-4 saat saxlayıb süfrəyə veririk.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
476 478 473 367 450 455

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.