sonsuz_sevgi

sonsuz_sevgi Dəri və saç 9-05-2023, 10:30

Saçlarınızın tez uzanması üçün 4 ipucu

Saçlarınızın tez uzanması üçün 4 ipucu
Hər nə qədər bu mövsüm qısa saçlar dəb olsa da, uzun saçlar bütün mövsümlərin ən trend saç formasıdır. Saçlarını daha tez uzatmağın yollarını axtaran xanımlar çoxdur. Elə biz də siz xanımları nəzərə alıb saçlarınızı tez uzatmaq üçün 4 ipucunu sizinlə paylaşırıq.

1. Saçlarınızı mütəmadi olaraq kəsdirin

Saç ustanıza saçlarınızın qırıqlarını, korlanmış hissələrini 7 və ya 8 həftədə 1 dəfə kəsdirin. Nəticədə saçlarınızın qırıqlarından qurtularaq onların daha tez uzanmasını təmin etmiş olarsınız.

2. Nəmləndirin

Quru saçlar çox tez qırılır, tez qırılan saçlar isə istədiyiniz uzunluqda heç vaxt olmaq. Hər dəfə duşda saçlarınızı yuduqdan sonra saç kremilə saçlarınızı masaj edin və 5 dəqiqə saxladıqdan sonra yaxalayın. Kremi saçlarınızın diblərinə çəkməsəniz yaxşı olar.

3. Düzgün qidalar qəbul edin

Saçlar zülal, dəmir, sink, omega-3 və B12 vitaminilə inkişaf edir. Bu səbəblə də, somon, avokado, yumurta, lifli yaşıl tərəvəzlər, lobya kimi qidalar qəbul etməyinizdə fayda var.

4. Baş dərinizə qulluğu unutmayın

Duş alarkən baş dərinizi masaj edin. Etdiyiniz masaj baş dərinizdə qanın dövranını daha yaxşı edər və saçlarınızın uzanmasına şərait yaradar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
523 496 513 474 490 472

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.