ice berg

ice berg Şeirlər 14-05-2023, 21:00

Gəldin ömrümə

Gəldin ömrümə
Mən sən oldum, sən mən oldun,
Ürəyimə axdın, doldun.
Saçlarımda gümüş kimi parıldayan
Ağ dən oldun,
Həyatımın payızında gəldin mənə.
Gözləmişdim, həm bezmişdim,
Bu dünyada həsrət, hicran yanğısından,
Ürəyimdə ürəyini hiss etmişdim,
Ürəyimin fəryadında gəldin mənə.
Həm yar oldun, həm can oldun,
Gözlərindən gözlərimə
İşıq doldu, Şəfəq doğdu.
Ümidimin sabahında gəldin ömrümə.
Uca dağ zirvəsi kimi şəlalə nəğməsi kimi,
Bülbül-gül sevdası kimi,
Bahar nəfəsinlə gəldin mənə.
Sevdim səni, səni sevdim.
Sevdim, mən olduğun üçün.
Canımızda bir ürəyin
Döyünüb vurduğu üçün
Ürəyimin harayında gəldin mənə.
Hisslərimin fəryadında gəldin ömrümə!

İradə Əlili

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
555 497 561 509 576 570

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.