ice berg

ice berg Programlar 15-05-2023, 10:30

“Windows”da daha çox reklam görünəcək

“Windows”da daha çox reklam görünəcək
"Microsoft" “Windows” parametrlərində reklam vahidlərini sınaqdan keçirməyə başlayıb.

Take.aZ xarici mediaya istinadla bildirir ki, jurnalistlər “Windows 11”in növbəti beta versiyasını tədqiq edən “Albacore” ləqəbi ilə bloggerə istinad ediblər. Həvəskar “Microsoft”un OS parametrlərinə reklam əlavə etdiyini aşkar edib. Bannerlər hesab səhifəsində tapılıb - istifadəçi giriş bölməsində reklamlar görünüb.

Mütəxəssis qeyd edib ki, banner “Microsoft 365” brend servisini reklam edir. Müəllif onu da qeyd edib ki, sistem bildirişi çaşdırıcıdır, çünki sanki OS dəstəyin başa çatdığını elan edir. “Albacore” bildirib ki, “Windows”un gələcək ictimai versiyalarında daha çox reklam olacaq.

“HotHardware”nin jurnalistləri qeyd ediblər ki, hazırda “Microsoft”dan OS-də reklamı yalnız “Syart” menyusunda tapmaq olar. Müəlliflər istifadəçi “Microsoft”un təklifini qəbul edib xidmətə abunə olarsa, banner reklamının yox olub-olmayacağını təsdiqləyə bilməyiblər.

“Microsoft” mart ayının sonunda “Windows”un yeni versiyası üçün “Start” menyusuna promosyon bildirişləri əlavə edib. “BleepingComputer” nəşrinin jurnalistləri qeyd ediblər ki, korporasiya ən azı 2022-ci ilin noyabr ayından “Start” menyusunda reklam bildirişləri funksiyasını sınaqdan keçirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
431 408 416 381 426 471

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.