ice berg

ice berg Maraqlı 17-05-2023, 07:00

Tanımadığımız pişiyi necə çağıraq? - Həm səs, həm toxunuş

Tanımadığımız pişiyi necə çağıraq? - Həm səs, həm toxunuş
Alimlər tanımadığımız pişiyi necə çağırmaq lazım olduğunu açıqlayıblar.

Sun.aZ xarici KİV-ə istinadən xəbər verir ki, fransız alimlər qrupu tanımadığınız pişiyi çağırmaq istədiyiniz an, səs deyil, vizual siqnal vacib olduğunu müəyyən ediblər.

Mütəxəssislər Parisdəki antikafelərdən birində yaşayan və yad insanlarla ünsiyyətə vərdiş edən pişiklərin davranışlarını öyrəniblər. Pişiklərin diqqəti müxtəlif yollarla cəlb edilib: onları çağırmaq, əl uzatmaq və ya hər ikisini eyni anda etmək.

Təcrübə nəticəsində məlum olub ki, pişiklər ikisi birlikdə edilən siqnala ən yaxşı cavab verirlər. Pişikləri yalnız səslə çağırmaq cəhdləri onlar üçün ən maraqlısı olub.

Alimlər qeyd ediblər ki, bu, pişiklərin sahiblərini yad insanlardan mükəmməl şəkildə fərqləndirdiyini və onlarla müxtəlif yollarla ünsiyyət qurduğunu göstərir - çünki ev heyvanlarının sahibinin səsini mükəmməl tanıdığını və ona həvəslə cavab verdiyini təsdiqləyən araşdırmalar var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
386 395 348 395 372 375

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.