ice berg

ice berg Programlar 19-05-2023, 19:30

"YouTube"da reklamlara baxmaq MƏCBURİ OLACAQ

"YouTube"da reklamlara baxmaq MƏCBURİ OLACAQ
"Google" istifadəçiləri "YouTube"da reklamlara baxmağa məcbur edəcək.

Take.aZ xarici KİV-ə istinadən xəbər verir ki, illik "YouTube Brandcast" tədbiri çərçivəsində şirkət smart televizorlar üçün 30 saniyəlik ötürülməyən videolar şəklində yeni reklam formatının istifadəyə verildiyini elan edib.

Ardıcıl olaraq 15 saniyəlik iki klipin əvəzinə atlana bilməyən yeni reklamların göstəriləcəyi bildirilir. Yenilik "YouTube" tətbiqi ilə smart televizorlarda işləyəcək. Reklamlara baxmaq istəməyən istifadəçilər ödənişli "YouTube Premium" abunəliyindən istifadə edə bilərlər.

Bundan əlavə, "YouTube" pauza zamanı banner reklamları göstərməyi planlaşdırır. Bu cür reklamlar "rədd et" düyməsini sıxmaqla silinəcək. Hər iki yeniliyin təqdimat tarixi hələ açıqlanmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
424 390 351 466 444 384

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.