n2006

n2006 Kişilər 21-05-2023, 09:00

Kişilərin evliliyə hazır olduğunu göstərən ipucları

Kişilərin evliliyə hazır olduğunu göstərən ipucları
Kişilər də qadınlar kimi evliliyə hazır olanda ətraflarına bəzi ipucları verirlər. “Why Men Marry Some Women and Not Others” adlı kitabın müəllifi John Malloyun araşdırmasına görə, kişilər barlardan, gecə klublarından sıxılanda evlilik fikrinə pozitiv baxmağa başlayırlar. Yazar araşdırmanı 17-70 yaş arası 2500 kişi arasında aparır. Həmçinin ABŞ-lı psixoloq Tina Tessina kişilərin “evlilik zamanı” qadınlardan bir az fərqli olduğunu qeyd edir. Tessinanın sözlərinə görə, əksər kişilər evlənməmişdən qabaq maddi vəziyyətini düzəltməyə çalışırlar. Əgər kişi hələ də kommunal xərcləri necə ödəcəyini düşünürsə, həyat yoldaşı və ya ev dolandırmaq ona yük olacaq.

Kişilərin evliliyə hazırlığını göstərən ipuclarından biri də qadınla gələcək planlarını danışmasıdır. Əgər kişi qadının həyatında olan hər şeylə maraqlanırsa, onu ailəsi və dostları ilə tanışdırırsa, bu, evliliyə bir addım yaxınlaşıb deməkdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
488 546 457 457 469 439

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.