amon

amon Xəbərlər 21-05-2023, 14:58

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb
Əfqanıstanın Samanqan əyalətində ölkədə hakimiyyəti ələ keçirmiş “Taliban” terrorçularına məxsus hərbi helikopter qəzaya uğrayıb.

“Far.Az” “TOLOnews”a istinadən xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

Bildirilib ki, insident əyalətin şimal ərazisində baş verib. Helikopterin qəzaya uğramasına səbəb onun elektrik xəttinin dayağı ilə toqquşması olub. “Taliban”ın Samanqandakı nümayəndəsi insident zamanı həlak olanlar barədə bilgi verməyib. Bununla belə, əyalətin güc strukturlarındakı mənbələr telekanala göyərtədəki hər iki pilotun öldüyünü bildiriblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
424 435 375 398 420 390

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.