Tvitterə rəqib olan tətbiqin ilk detalları açıqlandı
İnstaqramın sahibi Meta-nın Tvitter-ə rəqib olacaq mətn əsaslı tətbiqetməni işə salmağı planlaşdırdığını və platformanın iyun ayında istifadəyə veriilə biləcəyini daha əvvəl sizinlə paylaşmışdıq.
Take.aZ xəbər verir ki, istifadəçilər İnstaqram adları və parolları ilə yeni tətbiqə daxil ola biləcəklər. Tətbiq vasitəsilə 500 simvoldan ibarət mətn postları hazırlamaq və onlara linklər, fotolar, eləcə də videolar əlavə etmək mümkün olacaq.
Qeyd edək ki, proqram İnstqramdan ayrı olacaq. Buna baxmayaraq tətbiq istifadəçilərə öz hesablarını əlaqələndirməyə imkan verəcək.