Mələy0001

Mələy0001 İslam Dini 1-08-2017, 01:30

Başı suya batırmaq orucu pozurmu?

Başı suya batırmaq orucu pozurmu?
Başı suya batırmaq orucu pozurmu?





Əhli-sünnə məzhəblərinə görə, orucluq zamanı suya baş vurmaq, dənizə dalmaq orucu pozmaz. Amma bu zaman ağızdan və burundan su keçməsi ehtimalı yarandığı üçün, suya baş vuran adam çox diqqətli olmalıdır. Bunun üçün ağzı və burnu qapatmaq və suyun içəri keçməsinə mane olmaq lazımdır. Hətta bəzi alimlər (xüsusilə hənəfi məzhəbində) ağızdan və burundan su keçməsi təhlükəsini nəzərə alaraq, imkan daxilində orucluq zamanı suya baş vurmamağı məsləhət bilirlər.
Loading.AZ islam.az-a istinadən bildirir ki, cəfəri məzhəbli alimlərin əksəriyyətinə görə, ehtiyati-vacibə əsasən, suya baş vurmaqla oruc pozular. Diqqət yetirin ki, burada yalnız başı bütövlükdə suya batırmaq nəzərdə tutulur. Amma əgər insan başını suya salmadan yuyunsa, orucu düzgün sayılır. Bəzi cəfəri müctəhidlər (o cümlədən, Ayətullahül-üzma Sistani) oruc zamanı başı tamamilə suya batırmağın orucu pozmadığına, amma şiddətli məkruh əməl olduğuna fətva vermişlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
741 821 772 818 751 784

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.