n2006

n2006 Məsləhətlər 14-05-2023, 13:35

Kitab oxumağın qızıl qaydaları

Kitab oxumağın qızıl qaydaları
А. Ümumi:
1. Bütün kitabları bir qaydada oxuma. Oxuma qaydası qiraətin məqsədi (hədəfi) ilə uyğun gəlməlidir.

B.Maariflənmək üçün oxunan zaman:
2. Yadda saxla, mütaliə — “sözgəlişi”, “bekarçılıq” deyil, vacib, lazım olan, ciddi işlərdən biridir.
3. Heç olmazsa, oxuduğun kitablardan birini tədqiq edərək, oxu.
4. Mütaliəyə sərf etdiyin vaxt və qüvvəyə heyfsilənmə: artıqlamasilə ödəniləcək. Bütün qüvvəni mütaliəyə sərf et.
5. Durmadan təfəkkür və təxəyyül tənbəlliyi ilə mübarizə apar. Bunlar ən pis düşməndir.
6. Çalış, (mütaliə etdiyin) kitabın hər yeri mükəmməl və aydın surətdə anlaşılsın
7. Ciddi səbəb olmadan heç nəyi nəzərdən qaçırma.
8. Ciddi səbəb olmadan kitabı tamamlanmamış (yarımçıq) qoyma.
9. Ehtiyac olmadan başqalarını köməyə çağırma, özgənin köməyinə ehtiyac duymadan bütün gücünü topla. Özfəaliyyət hər şeydən öndədir.
10. Harada lazımdırsa - təxəyyülünü “bütünlüklə” işləməyə məcbur et.
11. Tədqiqat aparmaqla daha yaxşı mütaliə etmək istəyirsənsə - əlində qələm oxu, konspekt, qeydlər, çıxarış et.
12. Başlıqlardan istifadə etməyi öyrən..
13. Təkcə "soldan sağa” yox, həm də “sağdan sola” oxu – oxunulmuşlara təkrar qayıt..
14. Əvvəlcə yaxşı anlamağa çalış, sonra tənqid et.
15. Kitaba qarşı olan tənqidi, kitabı mütaliə etdikdən sonra oxu.
16. Kitabı oxuduğun zaman, mahiyyətini aydınlaşdır və qısa kəlmələrlə qeyd et..
C. Şəxsi maariflənmə üçün kitab seçmək barədə:
17. Az oxu, lakin əsaslı oxu..
18. Maraqsız olsa belə, lazım olanı oxu.
19. Əldə edilə biləcək ən yaxşı nə varsa, oxu..
20. Çox yüngül və çox ağır olmayanı oxu..
21. Hər hansı oxuma planını (mütəxəssis məsləhəti və oxuma proqramı üzrə) istiqamətləndir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
334 340 337 341 361 337

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.