Nazik dodaqları böyük göstərməyin yolları
Dodaq boyasını düzgün və qüsursuz sürtməyin ən yaxşı yolu nədir? Sun.aZ gözəl xanımlarımız üçün bu işin sirlərini təqdim edirik.
Dodaq boyası çəkərkən azca gülümsəyərək, dodaqlarınızı gərin və qətiyyən büzməyin. Solğun cildlilər şaftalı, çəhrayı və hətta soyuq bejləri, tünd dərililər isə qəhvərəngi tərkibli daha isti tonları seçməlidirlər. Həm də solğun rəngli dodaqlarınızı dumanlı gözlərlə də tamamlaya bilərsiniz.
Sizə yaraşan mükəmməl qırmızı tonu tapmaq üçün qutunun üzərində görünən rəngə önəm verməyin. Dodaq boyasının rəngini əlinizin üzərinə çəkib baxmaqla təyin etməkdənsə, boyanı dodaq rənginizə azca uyğunluğu olan barmaq uclarına çəkin.
Saç rənginə uyğun dodaq boyası seçməyin bir qaydası varmı?
Solğun rəngli qızılı saçlı qızlar bej, ya da ərik rəngi seçməlidirlər. Asan bronzlaşmayan sarışınlar mərcan, ya da çəhrayı tonlar, qumral dərili qaraşınlar qırmızı rəng tonlarına ehtiyac duyurlar. Dərisi və saçı tünd olanlar qızılı tonlarda bir şey seçsinlər.
Dodaqların daha dolğun görünməsi üçün nə etməli?
Dodaq cizgisindən yuxarıya dodaq qələmi çəkməyi heç düşünməyin. Bunun yerinə mat rəngli bir dodaq boyası sürtdükdən sonra üst dodağınız boyunca uzanan qövs bölümünə incə bir fırçayla bir az aydınladıcı sürtün.