n2006

n2006 Dəri və saç 18-05-2023, 12:21

Saçları düzgün qurutmağın qaydası

Saçları düzgün qurutmağın qaydası
Havaların soyuması qadınların bir çox işini çətinləşdirib. Bunlardan biri də saçları qurutmaqdır. Soyuq havada saçları qurutmağa daha çox önəm verənlər və hər gün saçını yuyanlar asan üsullar axtarır.
Saçları qurutmamaq sinuzit xəstəliyinə səbəb olur. Hələ bu cür probleminiz yoxdursa belə, yaşınız artanda bunu hiss edəcəksiniz.
Vanna otağında saç qurutmayın. Bu səhvdir. Vanna qəbul etdikdən sonra vanna otağında par və nəmli olur. Qurudulan saçlar nəm qalacaq. Çalışın saçınızı başqa otaqda qurudun.
Vanna otağından çıxandan sonra saçınızı həmin an qurutmağa çalışmayın. Saçınızı dəsmala bükün, bir az gözləyin, suyu tam çəksin. Sonra onu qurudun. Bu zaman saçınız həm yaxşı quruyacaq, həm də az vaxtınız olacaq.
Çalışın saçınızı qurudan zaman pambıq dəsmaldan istifadə edəsiniz. Saç kremindən istifadə etmək saçınızı qurutmağı asanlaşdırar.
Saçınızı qurudan zaman onun istiliyini tam yox, ortada qoyun. İstiliyi artıranda tez quruyacağını düşünməyin. Yüksək istilik saçınıza ziyandır. Onu orta temperaturda etmək lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
456 517 439 397 436 469

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.