ice berg

ice berg Maraqlı 28-05-2023, 19:30

Marketdə satılan ən ucuz şərab müsabiqənin qalibi oldu

Marketdə satılan ən ucuz şərab müsabiqənin qalibi oldu
Belçikanın ən yaxşı şərab eksperti Erik Boşman marketdən alınmış ən ucuz şərabı Fransada keçirilən nüfuzlu "Gilbert et Gaillard" müsabiqəsinə göndərib.

LoaDinG.aZ "Le Point"a istinadən xəbər verir ki, bu ucuz şərab müsabiqənin qalibi olub.

Mütəxəssislər bunun bütün həyatları boyu içdikləri ən yaxşı içkilərdən biri olduğunu söyləyiblər.

Boşman, 2,50 avroya aldığı bu ucuz şərabı bir növ "Chateau Colombier" kimi təqdim edib. Bu Boşmanın qoyduğu uydurma bir addır. O bildirib ki, şərab Valloniyada bitən zərif üzüm sortlarından hazırlanıb.

Müsabiqədə iştirak etmək üçün 50 avro məbləğində vəsaitin qoyulması və içkinin tərkibinə dair laboratoriya məlumatlarının təqdim edilməsi tələbi də var idi. Amma Boşman bu proseduru asanlıqla saxtalaşdırıb.

Nəticədə "elit" içki "Chateau Colombier" müsabiqənin qalibi olmağı bacarıb. Münsiflər heyətinin fikrincə, bu, xoş mürəkkəblik vəd edən təmiz, gənc ətirli zəngin dada malik olan müstəsna və çox maraqlı şərabdır. Münsiflər əlavə edibər ki, həyatları boyu içdikləri ən yaxşı şərablardan biridir

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
379 401 322 389 402 383

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.