ice berg

ice berg Maraqlı 31-05-2023, 15:30

111 il sonra "Titanik"in gizli xəzinəsi tapıldı

111 il sonra "Titanik"in gizli xəzinəsi tapıldı
Dövrünün ən böyük sərnişin gəmisi kimi tanınan və 15 aprel 1912-ci ildə aysberqə çarparaq batan "Titanik" gəmisinin qalıqları üzərində aparılan araşdırmalar zamanı yeni kəşflər edilib. Və 111 il sonra gizli xəzinə aşkarlanıb

2224 sərnişin və ekipajı olan gəmidə təxminən 1517 nəfər həyatını itirib. Alim və ekspertlər Titanikin qalıqları arasında əvvəllər unudulmuş bəzi zinət əşyalarının tapıldığını açıqlayıblar.

Kanadanın Nyufaundlend sahillərində, Şimali Atlantik Okeanının 13 min fut dərinliyində yerləşən qəzada araşdırmalar aparan Magellan Ltd adlı şirkət kamera qeydləri ilə meqalodon köpəkbalığı dişlərindən hazırlanmış qızıl boyunbağının tapıldığını göstərdi.

Gəminin çəkilmiş 700.000 şəklini nəzərdən keçirən şirkət direktoru Riçard Parkinson "Bu kəşf həyəcan verici, gözəl və nəfəs kəsicidir. Köhnə boyunbağıda meqalodon dişi tapdıq, bu, möhtəşəmdir." dedi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
318 380 284 370 270 339

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.