KiBirLi_PrenS.

KiBirLi_PrenS. Müxtəlif 1-06-2023, 17:30

Şeirlər də, nəğmələr də elə ruh kimidirlər

Şeirlər də, nəğmələr də elə ruh kimidirlər
Bu gün yaşadığımız həyat nəticəsində ruhumuzun mənəvi cəhətdən daha çox qidalanmasına ehtiyac duyuruq. Bəs ruh nədir? Şairə, bəstəkar Xanım İsmayılqızı ilə bu ruh haqqında söhbətləşdik.

- Çexov deyir, ruh qəribə şeydir. Harada olduğunu heç kim bilmir, amma necə ağrıdığını hamı hiss edir. Sizcə, ruh nədir, haradadır?
- Ruh Allahın nişanəsidir. Doğulan yox, göndəriləndir. Onun ağrısı da ağrıların ən zirvəsi və dözülməzidir. Ruh da Təkdir. Ruh bu dünyanda səninlə, o dünyanda sənsiz yaşayandır. Ruh həm burada, həm orada səni yaşadandır. Bizi ən son tərk edən də ruhumuzdur. Bütün orqanlar sırayla bizdən üz döndərər, ruh isə ən sonuncu gedəndir. Getsə belə, müqəddəsimizə qovuşan, yaradanına qayıdan, bizdən kimlərəsə xəbər aparıb-gətirən, yuxularda bizi sevdiklərimizlə görüşdürəndir. Hərdən mənə elə gəlir ki, ruhum beynimin içindədir, ürəyimdən boylanır, nəfəsimdədir, gözlərimə hopur, olmayanları olduğu kimi göstərə bilir, xəyala çəkir, xatirələrə aparır. Həm də ən etibarlı dostumdur. Bəlkə də bu halları çoxu yaşayır. Kimsə fərqinə varır, kim isə yox.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
501 556 471 461 497 488

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.