ice berg

ice berg Programlar 3-06-2023, 21:40

Dünyada ən çox istifadə edilən veb-brauzerlər açıqlanıb

Dünyada ən çox istifadə edilən veb-brauzerlər açıqlanıb
2013-cü ildə "Microsoft Internet Explorer" və "Firefox"u geridə qoyan və ən populyar internet brauzerinə çevrilən Google Chrome hazırda dünyada ən çox seçilən brauzerdir.

StatCounter tərəfindən dərc edilən May ayı məlumatlarına baxdığımızda görürük ki, dünyanın ən məşhur internet brauzeri yüzdə 66,02 bazar payı ilə Google Chrome olmağa davam edir.

2022-ci ilin martında Apple Safari-ni geridə qoymağı bacaran Edge, keçən aprel ayında yerini Safari-yə itirdi. May ayında Safari ikinci yeri tutur.

Yalnız Mac kompüterlərində mövcud olsa da, Apple-ın masaüstü brauzeri Safari 12,79 faiz bazar payı ilə ikinci ən populyar brauzer olub.

Son zamanlar bir çox süni intellekt tətbiqini istifadəçilərə təqdim edən Edge, 9,91 faiz payla üçüncü yerdədir.

Ən çox istifadə olunan veb brauzerlər

Google Chrome - 66,02%

Apple Safari - 12,79%

Microsoft Edge - 9,91%

Mozilla Firefox - 5,59%

Opera - 4,02%

Ən çox istifadə edilən mobil brauzerlər

Google Chrome - 61,09%

Apple Safari - 27,81%

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
456 467 453 399 453 395

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.