ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Maraqlı 10-06-2023, 08:16

Boş şüşə ver, övladın məktəbdə pulsuz oxusun - Qəribə təklif - FOTO

Boş şüşə ver, övladın məktəbdə pulsuz oxusun - Qəribə təklif - FOTO
Nigeriyanın Laqos şəhərində valideynlərə məktəb pulunu ödəmək üçün unikal yol təklif olunub. Belə ki, sakinlər təkrar istifadəyə yararlı tullantıları bağışlamaqla uşaqlarının məktəblərdə təhsil almasını təmin edə biləcəklər.

Loading.az xəbər verir ki, layihənin müəlliflər "Təmiz Afrika Təşəbbüsü" təşkilatıdır.

Təkrar emal üçün satıla bilən şüşə qablar, qutular, karton, plastik qablar və sairin toplanmasından daxil olan vəsait müəllimlərin maaşlarına, uniforma, kitab və dəftərxana ləvazimatlarının alınmasına yönəldilir.

Ekoloji təşkilatın yaradıcısı Aleksandr Axiqbenin sözlərinə görə, bu təşəbbüs məktəblərdə uşaqların sayını artırmağa və şəhərin küçələrində səliqə-sahmanı bərpa etməyə imkan verir.

Proqrama Laqosun 40 məktəbi qoşulub. Layihədə iştirak edən məktəblərdən biri tullantıların toplanması sayəsində hətta ikinci korpusu tikə və şagirdlərinin sayını dəfələrlə artıra bilib.



Boş şüşə ver, övladın məktəbdə pulsuz oxusun - Qəribə təklif - FOTO







Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
357 336 382 370 353 357

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.