ice berg

ice berg Programlar 10-06-2023, 16:30

"Whatsapp" "Telegram"dan bunu köçürdü

"Whatsapp" "Telegram"dan bunu köçürdü
“WhatsApp” messenceri kanalların fəaliyyətə başladığını elan edib.

LoaDinG.aZ xəbər verir ki, artıq “WhatsApp”da da kanallar açmaq mümkün olacaq.

Belə ki, kanallar “WhatsApp” messencerində görünəcək. Yeni funksiyanın istifadəyə verilməsi cümə axşamı, iyunun 8-də şirkətin rəsmi bloqunda açıqlanıb.

“Bu gün biz “WhatsApp”dan çıxmadan insanlardan və təşkilatlardan gələn vacib xəbərləri izləmək üçün sadə, təhlükəsiz və özəl üsul olan kanalları təqdim edirik”, - deyə şirkətin açıqlamasında bildirilir.

Xidmət nümayəndələrinin sözlərinə görə, kanallar yeni “Aktual” tabında çatlardan və icmalardan ayrı yerləşdiriləcək. Kanal administratorları onlara mesajlar, fotolar, videolar, sorğular və stikerlər göndərə, abunəçilər isə onlara baxa biləcəklər.

Messencer istifadəçilərinin kanalları tapmasını və onlara abunə olmasını asanlaşdırmaq üçün “WhatsApp” tərtibatçıları yerli hökumət qurumlarının xəbərlərindən, hobbilər, idman və daha çox şeylər haqqında məzmunlu kanallar kataloqu yaradırlar.

“İstənilən kanala kataloq axtarışı və ya çatda, e-poçtda göndərilən və ya onlayn yayımlanan dəvətdən istifadə etməklə getmək mümkün olacaq”, - deyə şirkətin mətbuat xidmətindən bildirilib.

Adminlər öz kanallarına kimin abunə olmasına icazə verildiyinə nəzarət etmək, həmçinin öz kanallarını kataloq axtarış nəticələrindən gizlətmək imkanına sahib olacaqlar. Qeyd olunur ki, abunəçilərin telefon nömrələri kanaldakı hər kəsdən, o cümlədən administratorlardan gizlədiləcək.

Yeniliklər yaxın aylarda “WhatsApp” istifadəçilərinin ixtiyarına veriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
436 493 356 484 430 473

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.