n2006

n2006 Qadın Dünyası 22-06-2023, 17:00

Sevildiyini hiss etmək qadını və dərini gözəlləşdirir

Sevildiyini hiss etmək qadını və dərini gözəlləşdirir
Türkiyənin məşhur sağlam qidalanma məsləhətçisi Könül Ateşsaçan sağlam dərinin əslində sağlam bir bədənin təzahürü olduğunu bildirib.

K.Ateşsaçan meyvə və tərəvəzlərin dəri sağlamlığı üçün böyük əhəmiyyəti olduğunu qeyd edib. Sağlam qidalanma məsləhətçisinin sözlərinə görə, dərinin gözəlliyini qorumaq üçün detokslar etmək, antioksidant tərkibli qidalar qəbul etmək, gündə 10-12 stəkan su, beta karoten, C və E vitaminləri, bol yaşıl yarpaqlı tərəvəzlər, kələm, ispanaq, yerkökü, bibər yemək vacibdir.

Bundan başqa, dərinin qocalma prosesini gecikdirmək üçün 2 litr sudan başqa ona oksigen də lazımdır.

Antioksidantlar orqanizmdə sərbəst radikalları məhv edən kimyəvi maddələrdir. Buna görə də bu molekulların daima orqanizmdə lazımi miqdarda olması üçün antioksidantlı çay, meyvə və tərəvəzdən istifadə edilməlidir.

Orqanizmin normal metabolik fəaliyyəti zamanı meydana gələn və hüceyrələrə hücum edərək strukturlarını pozan molekullar olan sərbəst radikallar ciddi xəstəliklərə səbəb olurlar. Antioksidantar isə zədələnən hüceyrələri qoruyan maddələrdir. Yaş artdıqca orqanizm daha çox sərbəst radikala məruz qalır və daha çox sərbəst radikal ifraz edir. Bununla bərabər, orqanizmin təbii antioksidant istehsalı yaşın artmasıyla azalır. Antioksidant maddələr lazımlı miqdarda qəbul edilmədikdə xərçəng, ürək xəstəlikləri, damarların kirəclənməsi, yüksək təzyiq kimi xəstəliklərə tutulma ehtimalı artır.

Həmçinin dəri öz təravətini itirməyə başlayır. Mütəxəssislər sübut ediblər ki, cavan qalmağın sirri antioksidant maddələrdən çox asılıdır. Orqanizmdə olan zərərli maddələr hüceyrə pərdəsinə zərər verir və onların yaşlanmasına, qocalmasına səbəb olur. Antioksidantlar hüceyrələrə zərər verən sərbəst radikalları təsirsiz hala gətirərək, xərçəng də daxil olmaqla bir çox xəstəliyə və erkən yaşlanmağa səbəb ola biləcək reaksiyaları önləyir və qoruyur.

Həb halında satılan antioksidantların orqanizmə xeyri olmur. Əksinə, immun sisteminin fəaliyyətinə zərər verir. Həb halında satılan antioksidantlar qəbul etməkdənsə bu maddəni təbii üsulla qəbul etməyə çalışın.

Bunlardan başqa xoşbəxtlik hormonu olan serotonini unutmamalıyıq. Çünki xoşbəxt olanda, qadın sevildiyini hiss edəndə qan dövranı yaxşı tənzimlənir, dəri qızarır və gözəlləşir.

Qablaşdırılmış, emal edilmiş qidaları yeməyin. Təzə meyvə və tərəvəz istehlak etməyə diqqət yetirin. Kimyəvi maddələrinin hamısı toksin, yəni, zəhərdir. Zəhər orqanizmdə yağların toplanmasına səbəb olurlar.

Qeyd edək ki, brokkoli, avokado, qarpız və pomidor likopen, sülforafen, E ilə C vitaminləri kimi təbii antioksidantlarla ən zəngin qidalardır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
474 433 400 460 409 411

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.