ice berg

ice berg Qadın Dünyası 27-06-2023, 13:00

Yaşlanmayan xanımların 7 sirri

Yaşlanmayan xanımların 7 sirri
Bəzi qadınlar yalnız yaşlaşdıqca yaraşıqlı olurlar və bu yaş, onların üzündə və bədənində heç də gözə görünmür. Bu qadınların hər biri gözəl cinsin ayrı-ayrı nümayəndələrinə qarşı xüsusi məhəbbət və ya təbiətin bir sirridir. Yəqin ki, bu gözəllik onlarda hansısa qaydalara və sağlam həyat tərzinə riayət etmələridir. Bu xəbərimdə yaşlanmayan xanımların 7 qaydasını təqdim etmək istəyirəm. Ümid edirəm, bu qaydalar sizə az da olsa kömək edəcək.

Həzm

Həzmi izləmək hamıya lazımdır. Hamiləlik orqanizmi zəhərləyir, bağırsağın sağlamlığı isə bütün orqanizmin sağlamlığı deməkdir. Bağırsağın özünün sağlam olması nədən ibarətdir? Düzgün yemək: Sıyıq, su, tərəvəz, meyvə, şirniyyat (çox olmamaq şərti ilə) və yağlı çörəklər.

Su

Dəri və su bir-birinə bağlıdır. Dərinin vəziyyəti istifadə etdiyiniz sudan asılıdır. Həmçinin suyun miqdarı vacibdir. Hər gün 1,5-2 litr su istifadə etmək lazımdır. Bu təmiz təbii su olmalıdır. Su orqanizmi oksigen və tükənməz enerji ilə doldurur, dərinin hamar və incə olmasına kömək edir.

Yuxu

Yuxu mükəmməl olmalıdır. Yalnız bu halda o, müalicə olacaq. Doyunca yatmamaq-gözəllik və təravətin düşmənidir. Yuxu yalnız fiziki deyil, həm də mənəvi cəhətdən dincəlməyə imkan verir.

Gəzinti

Müxtəlif vasitələrlə təmiz havanı dəyişmək lazımdır. Çalışın mütəmadi olaraq piyada gəzin, otaqlarda, iş yerinizdə nəfəsliyi açmağı da unutmayın

Vitaminlər

Gəncliyi və gözəlliyi vitamin saxlaya bilər. Vitamini təzə meyvə və tərəvəzlərdən əldə etmək daha yaxşıdır. Ən faydalı ərzaqlar: Portağal, ispanaq, qızıl balıq, qoz, pomidor, lobya, qara və yaşıl çay.

Qəlb

Ruhun vəziyyəti xaricə də cəlbedici təsir göstərir. Əgər sizin qəlbiniz gəncdirsə, sizin üzünüz saflıqla işıqlanacaq. Sevdiyiniz işlə məşğul olun, hər gün sevinin, tez-tez zarafat edin, hətta mənfi anlarda da müsbət axtarın və özünüzə sübut edin ki, sizdə hər şey yaxşıdır və onda sizdə həqiqətən hər şey çox gözəl olacaq.

Boyun və əllər

Qadının yaşını boynu və əlləri biruzə verir. Qab yuyarkən, əlcəklərdən istifadə edin. Əllərin dərisi çirki və aşağı temperaturu sevmir. Çalışın həmişə gözəl və baxımlı olun..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
476 535 449 450 471 467

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.