“Heç kəs sevginin nə olduğunu bilmir”
“Heç kəs sevginin nə olduğunu bilmir” dediyimiz zaman bir nəfər hər hansısa bir şəhərdə sevdiklərinə sevgisindən bəhs edir, “heç kəsin dostluğu qalıcı olmur” dediyimiz zaman bir nəfər dostunu qucaqlayıb, onu güldürmək üçün mənasız zarafatlar edir, “ailə bağları bir zaman sonra bitir” dediyimiz zaman 60-70 yaşlarında bir nəfər ailəsi ilə oturub söhbət edir, “həyatın heç bir mənası və dəyəri yoxdur” dediyimiz zaman illərdir hansısa xəstəlikdən əziyyət çəkən biri həyatını doya-doya yaşaya bilməsə də, yenə də hər şeyin gözəl olduğuna və olacağına inanır… Düşüncələr, ideallar, xəyallar, həyatlar fərqlidir. Bu dəqiqə ağlınızdan keçən hər bir düşüncə fərqli və əks formada başqa bir insan tərəfindən həyata keçirilir. Sizin üçün bitən hər bir hekayə başqa biri üçün yeni bir başlanğıclar deməkdir🤍







