ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Programlar 9-07-2023, 10:38

“WhatsApp”da çoxdan gözlənilən yenilik

“WhatsApp”da çoxdan gözlənilən yenilik
"WhatsApp" istifadəçilərinə söhbət siyahısının filtrlənməsinə imkan verəcək. İstifadəçilər filtrləmə funksiyası sayəsində söhbətlərə asanlıqla daxil ola biləcəklər.

Loading xəbər verir ki, "WABetaInfo" sözügedən funksiya haqqında skrinşot paylaşıb.

Paylaşılan ekran görüntüsü funksiyanın necə görünəcəyini göstərir. Şəkilə əsasən, istifadəçilərə filtrasiya üçün üç fərqli variant təqdim olunacaq: "oxunmamış", "şəxsi" və "biznes".

Filtrləmə seçimləri söhbətlər səhifəsinin yuxarı hissəsində tapılacaq. Maraqlıdır ki, qrup söhbətləri üçün xüsusi filtrləmə variantı yoxdur. Qrup söhbətləri üçün filtrləmə variantının gələcəkdə əlavə edilib-edilməyəcəyi bəlli deyil.

Qeyd edək ki, sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələ məlum deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
423 459 469 486 451 462

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.