n2006

n2006 Gözəllik 19-07-2023, 00:46

Qalın qaşlara uyğun makiyaj necə olmalıdır?

Qalın qaşlara uyğun makiyaj necə olmalıdır?
Əgər qaşlarınız qalındırsa, şanslısınız. Çünki qalın qaşlar bu mövsüm də dəbdədir. Qalın qaşlar üzümaksimum dərəcədə vurğuladığı üçün makiyajda sadəliyə üstünlük verməlisiniz.

LoaDinG.Az Publika.az-a istinadən qalın qaşlara uyğun makiyajdan necə istifadə etməyin qaydalarını təqdim edir.

Gözlər

Unutmayın ki, təbii qaşlar təbii makiyajla əla qalır. Məsələn, göz makiyajında həddi aşmaq olmaz. Qələmi qalın deyil, nazik çəkin. Çox az göz kölgəsi sürtdükdən sonra kirpiklərinizi burub bir neçə qat tuş çəkin.

Əgər fikir vermisinizsə, qalın qaşları ilə tanınan modellər: Kara Delevin, Emili Ratajovski ən mühüm tədbirlərə belə, sadə makiyajla qatılırlar. Hətta əfsanəvi aktrisa Odri Hepbern də kosmetikadan çox az istifadə edirdi. O, hesab edirdi ki, qalın qaşları onun ən gözəl təbii bəzəyidir.

Dodaqlar

Qalın qaşlarla qırmızı dodaqlar bir-biri ilə inanılmaz harmoniya yaradır. Daha cəsarətli xanımlar bənövşəyi rəngi də sınaqdan keçirə bilər. Lakin unutmayın ki, açıq çalarlı pomada ilə yaşınızdan daha gənc görünəcəksiniz.

Dəri

Dərinin təravətli görünməsi üçün parıltılı tonal krem çəkin. Əgər qırmızı pomada çəkmisinizsə, bronzerdən istifadə etməməlisiniz. Ənlik də nəzərə çarpmayacaq dərəcədə olmalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
477 520 486 462 494 491

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.