ice berg

ice berg Mətbəx 21-07-2023, 21:00

İdmançı Qidalanmasına Özəl: Proteinli Pankek

İdmançı Qidalanmasına Özəl: Proteinli Pankek
Xüsusi pəhriz saxlayanlar yüksək proteinli səhər yeməyinə üstünlük verir. Tərkibindəki protein tozu sayəsində idman qidası üçün xüsusilə uyğun olan pancake (pankek) hazırlaya bilərsiniz. Loading.aZ idmançı qidalanmasına özəl proteinli pankekin reseptini təqdim edir.

Proteinli Pankekin tərkibi:
1 ədəd banan
1 ədəd yumurta
1/2 stəkan az yağlı süd
6 xörək qaşığı yulaf əzməsi
1 qaşıq (30 qr) protein tozu

Proteinli Pankekin hazırlanma qaydası:
İlk öncə yulaf yarmasını mətbəx robotundan keçirib xırdalayın. Bananı çəngəllə püre halına gətirərək əzin. Üzərinə süd və yumurta əlavə edib qarışdırın. Xırdaladığınız yulaf əzməsini də əlavə edin. Ən son protein tozunu da töküb yaxşıca qarışdırın. Tavanı yağla yüngülcə yağlayın ki, pankek tavaya yapışmasın. Yüngül yağlanmış tavaya bir çömçə qaşıqla xəmirdən töküb iki tərəfli bişirin. Bu qaydayla xəmir bitənə qədər pankekləri bişirin. Bişirdiyiniz pankeki fıstıq yağı və meyvə( və ya gilmeyvə) ilə süfrəyə verə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
386 428 461 411 439 356

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.