ice berg

ice berg Sevgi 22-07-2023, 18:00

Sənə gəliş "biletimi" itirdim

Sənə gəliş "biletimi" itirdim
Sənə gəlmək üçün son ümidim olan "biletimi" itirdim. Bəli! Sənə gəliş "biletimi"...
Bunu sənə söyləyəcək gücüm yoxdu indi...
Son söhbətlərimizdəki sevgi sözlərindəki xəsisliyim, çəkingənliyim sanki bundan idi.
Necə istəmişdim sənə gəlməyi. Xəyalını qurduğum hər şeyi yaşadacaqdım sənə... Yaşayacaqdıq...
"Biletimi" itirməyim, gerçəkliyimizin qırılması oldu. Dünya ürəyimə batdı. Çıxara bilmədim. Öyrəndim ki, gerçəkliklərdəki sınıqlar yapışdırılmırmış...
Gecələri qoynumda dustaq etdiyim qovuşma arzumuzu bu "biletə" yükləmişdim. O da ucdu getdi. Həyatım boyunca həmişə arxasından getdiyim ideallarımı bu "biletə" yükləmişdim, onu da itirdim.
Hüzn dalğasını sovmağa çalışıram ürərimdən. Düşünürəm. Qovuşa bilmədik, amma, həmişə bunun xəyalıyla yaşadım.
Peşmanammı? Yox! Qovuşmaq deyildi ki, darıxdığım...
Bizimki boşa keçirilmiş bir həyat oldu. Yalnız darıxmaq və gözləmək arasına sıxışdırılmış bir həyatı paylaşdıq səninlə. Başqalarından qaçaraq özümüzə saxladığımız bir yaşamı gerçək edə bilmədik. Bu həyatın küləklərində sovrulmadıq. Başqa həyatların içində itmədik. Əllərimiz torpaq görmədi, çiçək dərmədi, bar yığmadı...
Əllərimiz əllərimizi qucaqladı. Bütün bunları beynimdən keçirmək ovutmur məni. Xatırələr canımı daha da ağrıdır. Sənə gəliş "biletimi" itirdim!
Bu cümləni hər söylədiyimdə bir ürpərti ilə sarsılır içim. Mənə dediyin o şeiri xatırlamağa çalışıram. Yaddaşım xəyanət edir mənə...
"Gəl" deyirsən uzaqlardan mənə... Gələ bilmirəm!
Gözləmə... Yollarım keçilməzdi...
Nəfəs aldığın şəhəri dinlədim. Şəhər səssiz! Ürək səssiz! Ürək sənsiz! Gözləmə!
Bir uşağın bütün oyuncaqlarını bir anda itirməsi kimi bir şeydi bu hiss...
İtirdim! O "biletin" içində, bir dünya vardı. Sən var idin. Gözləmələr, ümidlər, müxtəlif nağıllar vardı...
Mən sənli dünyama "biletimi" itirdim.
...Bütün bu ümidsizliklər içində bir dəfə daha gözlərini görə bilsəydim. Bir sarıla bilsəydim. Nədən itirdim? Özümə bunu soruşuram... Səssizlik qucaqlayır ürəyimi. Dərin bir üşərti bürüyür bədənimi... Gedirəm...
Sən bu yolları bilməzsən, tanımazsan... Uzaq da deyil, yaxın da deyil.
Hansı ki, bəzən çıxıb getmək istəyərsən, eləcə... Üşüyərəmmi, aç qalarammı, başıma bir şey gələrmi deyə düşünmədən. İçim alıb aparar məni. Gedərəm, yollara qarışıb!
Heç bilməzsən, nə haldayam? Varammı, yoxammı?
Eləcə bir gün... Sənə gəliş "biletimi" itirdim. Ürəyimi itirdim. Ürəyimə gələn bütün damarlar tıxandı...
"Belə yaşayacaqsan ayaqların səni hara aparsa..." - dedilər.
Boğuldum. bv Nəfəs ala bilmirəm...
Nə bir nəğmə, nə bir şeir, nə bir uşaq təbəssümü kəsməz bu ağrını...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
587 640 536 531 541 591

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.