ice berg

ice berg Texnologiya 26-07-2023, 07:00

“Samsung” yeni televizor təqdim etdi – 100 min dollar

“Samsung” yeni televizor təqdim etdi – 100 min dollar
“Samsung” şirkəti 130 milyon von (101 457 dollar) dəyərində 89 düymlük MicroLED televizorunu təqdim edib.

Loading.aZ xəbər verir ki, yeni televizor yüksək səviyyədə etibarlılıq, səmərəlilik və performans təmin etmək üçün innovativ MicroLED texnologiyasına malikdir.

Ekranda 20 milyondan çox mikro-LED, HDR10 və HDR10+ formatları dəstəklənir və maksimum parlaqlıq 2000 cd/m2 təşkil edir. Televizor Micro AI prosessoru ilə təchiz olunub.

Bundan əlavə, yeni “Samsung” televizorunda Dolby Atmos dəstəyi ilə quraşdırılmış 100W 6.2.2 audio sistemi, audio və video sinxronizasiyası üçün OTS Pro texnologiyası, səsin ağıllı tənzimlənməsi üçün AVA texnologiyası, televizor və stereo səsi ahəngdar şəkildə birləşdirən Q-simfoniya var.

“Samsung Electronics” Koreya şirkətinin vitse-prezidenti Taehvan Hvan MicroLED seriyasını 76 düym, 101 düym və 114 düymlük modellərlə genişləndirməyi planlaşdırdığını da açıqlayıb. Bu opsionların buraxılış tarixi və ya qiyməti barədə isə hələlik məlumat yoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
445 496 478 437 438 406

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.