ice berg

ice berg Mətbəx 9-08-2023, 19:00

Naxçıvanın daş küftəsi

Naxçıvanın daş küftəsi
Tərkibi:
400 qr ət
1-2 tikə quyruq
1 ədəd baş soğan
50-60 qr noxud (suda isladılmış)
50-60 qr düyü
1 ədəd yumurta
nanə qurusu
tərxun qurusu
reyhan qurusu
mərzə qurusu
alça turşusu
duz
istiot
sarıçiçək
tomat və ya pomidor
Hazırlanma qaydası:
Tikə əti 2 saat dayanmadan "ət daşı" adlanan xüsusi yasdı daşın üzərində ağac toxmaqla qiymə halına gələnədək döyün
Qiymə halına düşdükdə üzərinə isladılmış noxud, quyruq, soğan əlavə edib birlikdə döyün. Üzərinə göyərti qurusu ( nanə, mərzə, reyhan, şüyüd və tərxun qurusu) ovun və qarışdırın. Üzərinə yumru düyü, duz, istiot, sarıçiçək, yumurta və azca isti su əlavə edib əllə yaxşıca qarışdırın. Hazır qiyməni bir ovucun içərisinə sığacaq böyüklükdə kündələrə ayrın. Kündələrin içərisinə alça, gavalı və ya albuxara turşusu qoyub yuvarlayın. Bəzi hallarda isə duzlu yumurta qoyulur. Küftələri qaynar suya salıb bişirib çıxarın. Qazanda qaynayan suya duz, sarıçiçək və ya tomat vurub küftələri də içinə əlavə edib bişirin. Daş küftəsinə bəzi bölgələrdə kartof da vurulur.


Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
613 567 511 497 477 465

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.