Ulya

Ulya Sevgi 4-08-2017, 23:25

Sevgidə şablon sözlər

Sevgidə şablon sözlər
Sevgidə şablon sözlər


İnsanın gənclik anlarının şirin xatirələrindən biri də sevgidir. Sevginin nə olduğunu və necə yarandığını yazmayım daha. Çünki hər kəs üçün müxtəlif fikirlər mövcuddur. Həm də mövzumuz başqa şeydir. O da ki, ən geniş yayılmış copy-paste sevgi sözləridir. Kimlərə görəsə əttökən, kimlərə görəsə sevimli ola bilər. Amma söz mövzusu bundan ibarət deyil. Bir çoxlarının fikir vermədiyi gizli qalan məqamları sizlərə qeyd etmək istəyirəm. Elə isə sadə bir nümünə ilə deyək.

Bir söz var. "Sən mənim canımsan." Maraqlı sözdür. Halbu ki, sevgi ürəkdən gələn hissdir və təbii ki, burda şişirtmə,fantaziya,yalan olmamalıdır. Sən mənim canımsan deyənlərə sual verim. Bəyəm hansısa insan kiminsə canı ola bilər? Bu necə mümkündür ki? Heç can deyilən şey nədir konkret bilinmir. Sadəcə olaraq insanın yaşamasına əyani olaraq can deyilir. Bəs nəyə lazımdır belə yalan,şişirdilmiş söz? Bəyəm sevdiyin şəxs üçün öz içindən gələn sözləri demək çətindir? Yaman dəbdədir bu söz. Sən mənim canımsan. Bir mənasıda belə yoxdur. Əgər deyilsə ki, sən mənim üçün canım qədər qiymətlisən hardasa müsbət qarşılamaq olar bu sözü. Azından fantaziya görünmür burda.

Və ya digər söz-"Mən sənsiz yaşaya bilmərəm". Bu söz vabşe ən aktual söz olub sevgi dünyasının mirvarisidir,simvoludur. Bu söz deyildisə vse demək dərdimdən ölür. Halbu ki, vaxtı gəlib ayrılandan sonra gedib başqasını sevir, onunla olur. Bəs nə oldu? Onsuz yaşa bilmirdi:). Yenə yalan dolu sözlər. Günahı isə qarşı tərəfin özündədir ki, belə sözləri eşidib xəyallara dalır bircə qanad çatışmır ki, göylərə uçsun.

Maraqlı sözlər də var hələ. Zoopark olub sevgi. Sən mənim maralımsan,ceyranımsan,dovşanımsan:)

Ona görə çox nahaq deyilmir ki, sevginin dəyəri itib. Çünki bir yerdə ki, şablon sözlər oldu ki, o saat deyirlər ki, aha sevirlər. Amma heç kəs əmələ baxmır. Sevgini ancaq sözlərlər ölçürlər.
Fikirləriniz maraqlı olardı bu şablon sözlərə..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1218 1330 1213 1055 1198 1023

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.