Sənə ürəyimdə bir ev tikmişəm
Sənə ürəyimdə bir ev tikmişəm,Hopub divarına payız sarısı.
Sənə ürəyimdə bir ev tikmişəm Orda qurd ulayır gecə yarısı.
Orda sənsizlik var, bir də həsrətin,Orda çiçəkləri külək daramır.
O ev gözlərinə bənzəyir sənin,Yağışlar yağanda tavanı damır.
Sənə ürəyimdə bir ev tikmişəm,O evin üstündə göy üzü yoxdur.
Orda zaman donub, vaxt ölüb deyən,Orda gecələrin gündüzü yoxdur.
O ev qütb ulduzu batan yerdədir,İçində fırtına, çölündə tufan.
Orda səs-səmirsiz ölür adamlar,Ölür ayrılıqdan və tənhalıqdan.
Sənə ürəyimdə bir ev tikmişəm,Gecəsi, küçəsi sənin adına.
Gülüm, gəl baş-başa verib ağlayaq,Bu gecə o evdə ölən qadına,
Mənim ürəyimdə ölən qadına...
#İbrahimQuliyev