ice berg

ice berg Texnologiya 17-08-2023, 09:00

Yeni “iPhone 15” modellərində bunlar məhdudlaşacaq

Yeni “iPhone 15” modellərində bunlar məhdudlaşacaq
“Apple” şirkətinin “iPhone 15” smartfonlarında Lightning girişindən USB Type-C girişinə keçid etmək qərarı şarj prosesi üçün büdcəli naqillərə üstünlük verən istifadəçilərə heç bir dəyişiklik gətirməyəcək.

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, “iPhone 15”də istifadə ediləcək xüsusi çipin internetdə şəkli yayılıb. Burada görünür ki, həmin çip smartfona qoşulu olacaq aksesuarlarda MFi (Made For iPhone, iPad, iPod) sertifikatının və ya onun digər analoqunun olub-olmadığını yoxlamağa davam edəcək.

Məlumata görə, əsasən sözügedən çip naqil üzərindən ötürülən məlumatların şifrələnməsindən və sürətli şarj texnologiyasından cavabdeh olacaq. Başqa sözlə desək, “iPhone 15” modellərində sertifikatlaşdırılmamış naqillərdən istifadə zamanı bu iki imkan məhdudlaşdırıla bilər.

Bildirilir ki, bir neçə müddət bundan öncə məşhur analitiklər bunun olacağı barəsində məlumat vermişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
481 430 472 453 440 477

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.