Tarixin gördüyü ən maraqlı müharibə
Osmanlı-Avstriya əlaqələri hər iki dövlətin tarixində öz izlərini qoyub. İmperiya vaxtilə Avstriyada təsiri əsrlərlə davam edəcək böyük bir qorxu və narahatlıq yaratmaqla, ictimai və mədəni həyatında silinməz izlər buraxdı. Digər tərəfdən, Avstriya XVII əsrin sonlarından etibarən aldığı hərbi məğlubiyyətlərlə tarixdə böyük dəyişikliklər və qırılmalar yaşayıb. Məhz türk tarixində qeyri-adi müharibələrdən biri "Karansebeş" döyüşüdür.
"Karansebeş" döyüşü 1788-ci ildə sentyabrın 1-də baş verib. Qəribəsi odur ki, bu türklərin döyüşmədən qalib gəldiyi bir müharibə idi. 1787-1792-ci illərdə Rusiyanın müttəfiqi olan Avstriya türk əsgərlərinin yerini tapmaq üçün Karasebeş yaxınlığında düşərgə qurdu. Osmanlı əsgərlərini tapmaq üçün çayı keçən Avstriya əsgərləri içki satan bir qrup atlıya rast gəliblər. Müharibəni, komandir əmrlərini unudan əsgərlər tacirdən içki alıb əylənməyə başlayıblar. Süvarilər düşərgəyə qayıdan zaman onların qarçısına qaraçılar çıxır. Qadınlar əsgərlərə dövrün məşhur içkisi olan "şnap" verməyi təklif ediblər. Onlar bu təklifi rədd etmir və hamısı birlikdə içməyə başlayırlar. Sonradan nəzarət məqsədilə düşərgəyə göndərilən yeni piyada dəstəsi əsgərlərin əyləncəsini görür və onlara qoşulmaq istəyir. Lakin əsgərlər qəbul etmir və içkilərini qorumaq üçün mövqelərini möhkəmləndirirlər. Hələ sərxoş halda olan əsgərlər piyada dəstəsi ilə qızğın mübahisəyə girirlər. Dəstə piyadaların üzərinə yeriyərkən döyüş alovlanır. Bir əsgərin atəş açması ilə mübahisə qısa müddətdə münaqişəyə çevrilib. Karanşebeş döyüşü belə başlayır. Bəzi piayadalar "Turci, Turci" deyə qışqırmağa başlayıb. Bunu eşidən əsgər və piyadalar yoldaşlarının yalan danışdıqlarından xəbərsiz olaraq türklərin həqiqətən gəldiyini düşünüb qaçmağa başlayırlar. Ordunun yüksək rütbəli zabitləri xaosa son qoymaq üçün "dayan" əmrini verirlər. Lakin bu, daha böyük xaosun yaranmasına səbəb olur.
Osmanlı əsgərlərinin gəldiyinə qəti şəkildə inanan Avstriya birliyi, düşərgənin ilkin qurulduğu yerə qaçır. Bunu görən komandir osmanlıların öz bölüyünün arxasında olduğunu zənn edir və topçularına atəş əmrini verir. Qoşunlar gördükləri hər kölgəni vurmağa başlayır. Lakin, vurduqları hədəf səhv idi. Atəş açdıqları bölmələr Osmanlı yox, Avstriya əsgəri idi. Qəfil qarışıqlıqda Avstriya ordusu geri çəkilməli oldu. Komandir II İosif atdan yıxılaraq ağır yaralanır. 2 gün sonra bölgəyə gələn Osmanlı ordusu 10 minə yaxın ölü və minlərlə Avstriya əsgərinin yaralandığını gördükdə təəccüblənir. Nəticədə türklər vuruşmadan asanlıqla qələbə qazanır. Beləliklə, türklər dünya tarixinin ən qəribə savaşına səbəb oldular.