ice berg

ice berg Texnologiya 23-08-2023, 17:00

Yeni smartfonun render fotoları təqdim edildi

Yeni smartfonun render fotoları təqdim edildi
Evan Blass adlı məşhur insayder bir neçə müddət bundan öncə Moto G54 smartfonunun real fotolarını təqdim etmişdi.

Loading.aZ xarici KİV-ə istinadən bildirir ki, indi isə həmin insayder Moto G seriyasının hazırlanan digər bir yeni modelinin render fotolarını təqdim edib. Söhbət, Moto G84-dən gedir. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Moto G84 bazara minimum 3 gövdə rəngində satışa çıxacaq.

Qırmızı, qara, ağ. Xarici görünüşcə o, Motorola-nın son zamanlarda təqdim etdiyi smartfonlara bənzəyəcək. Smartfon yastı ekran ilə təchiz olunacaq və onun yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Moto G84 özündə ikili arxa kameranı birləşdirəcək. Məlumata əsasən əsas arxa kamera optik stabilizasiya dəstəkli 50 MP-lik olacaq. Moto G84-ün nə zaman təqdim olunacağı bilinmir.



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
444 443 429 375 404 432

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.