Ulya

Ulya Maraqlı 4-08-2017, 23:20

Həyat

Həyat
Həyat


Sevgi: Məndəki sənə olan sonsuz və gözəl bir duyğu...
Eşq: Sənə olan, qopması mümkünsüz, sonu olmayan sevgimin vəziyyəti...
Könül: İçində sadəcə sənin olduğun və sənin yaşadığın sənə aid yer...
Ürək: Sənin üçün atan, hər atmasında səni sayıqlayan,
içərisində qan deyil, sənə aid sevginin gəzdiyi, hər atmasında damarlarıma
sevgini axıdan, sənə aid bağçanın və sarayın içərisində olduğu yer...
Ruh: Səni tanıdığım gündən bəri sadəcə sənin yanında olan,
sənə aşiq... Heç kimsənin görmədiyi və baxmağı bilirsənsə əgər sadəcə sənin görə biləcəyin sevgi və eşq dolu olan bir işıq...
Sən: Yer üzünə enmiş mələklərin ən dəyərlisi,
ən gözəli olan sevmək və sevilmək üçün yaradılmış çox, amma çox dəyərli birisən...
Mən: Sənə aşiq, sənə vurğun divanənin biriyəm...
Həsrət: Sənin olmadığın zamanlarda məni sənsiz buraxan zaman kəsiyi...
Sevinc: Səndən gələn kiçik belə olsa bir xəbər...
Üzüntü: Sənin olmadığın və sənsiz keçən hər anım...
Ayrılıq: Heç sevmədiyim, ancaq səni tanıdığım gündən bəri yaşadığım acının bir başqa şəkli...
Yağış: Sənində, mənimdə çox sevdiyimiz damlaları
sevgidən əmələ gələn, ancaq heç cür altında islana bilmədiyimız və artıq damlalarda sevgi yerinə darıxmaq axan damlacıqlar...
Həyəcan: Səni gördüyüm hər an əmələ gələn bir titrəyiş...
Sevgimiz: Mənə görə səni tanıdığım gündən bəri içimdə, ürəyimdə,
ruhumda daşıdığım, içini sevgimlə yoğurduğum, ancaq heç cür həll edə bilmədiyim,
mənə görə var olan, ancaq sənə görə varmı, ya da yoxmu başa düşmədiyim,
adını sevgilərin birləşimindən alan çox güzəl, ancaq başa düşmədiyində isə çox böyük acılar buraxan bir duyğu və sevgi hissi...
Həyat: Sənin olduğun, sənin varlığınla davam edən
və sən olanda gözəl olan içində yaşadığımız qısa bir zaman...
Ölüm: Sənsiz keçən hər gün başıma gələn canlıların
bir dəfə yaşadığı, ancaq mənim tez-tez yaşadığım, normalda canlıların başına gəldiyində torpağa basdırılan, mənim isə acılara basdırılan son olduğum nöqtə!...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
598 609 565 666 597 646

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.