ice berg

ice berg Maraqlı 28-08-2023, 16:00

Atını senat təyin edən imperator

Atını senat təyin edən imperator
Zaman-zaman tarixin konkret olaraq nə etdiyi, hətta nəsə edib-etmədiyi də sual altına düşür. Bu tərəfi bir kənara qoysaq, bəşəriyyətin keçirdiyi minilliklərdə dərsdən tutmuş çaşqınlığa qədər bir çox duyğuların mənbəyi olacaq hadisələr var.

Daha çox Kaliqula olaraq tanınan Qay Yuli Sezar eramızdan əvvəl 37-ci ildən 41-ci ilə qədər Romaya imperatorluq edib. 4 illik hakimiyyəti dövründə o, həddindən artıq israfçılığı, çılğınlığı, azğınlığı, əxlaqsızlığı, qəddarlığı və işgəncəsi ilə tanınıb, despotizmi ilə yadda qalıb. 41-ci ildə qvardiya komandiri Kassius Çareya tərəfindən öldürülüb. Mövcud mənbələr Kaliqulanın qəddarlığı və iddia edilən dəlilikləri haqqında lətifələrə diqqət yetirirlər. Dövrün ən qərəzsiz tarixçisi kimi göstərilən Takitusun Kaliqula hakimiyyəti haqqında yazdıqları təəssüf ki, itib. İmperator hakimiyyətə gələn keçmişindən geriyə qalan paranoyak dərhal üzə çıxmağa başladı. Günlər keçdikcə Roma xalqından şübhələnməyə başlayır. Taxta çıxdıqdan bir neçə ay sonra o, ağır xəstələnir. Kaliqula əvvəl, kiminsə onu zəhərlədiyini düşünürdü. Bu xəstəlikdən sonra onun psixi sağlamlığı heç vaxt əvvəlki vəziyyətinə qayıtmayıb. Baş verən hadisə imperatoru daha çox paranoyak edib və şübhələndiyi hər kəsi, o cümlədən yaxınlarını öldürüb. Bu psixi problemlər hələ tarixin görünən səhnələri idi.

Məşhur tarixçilərə görə, Kaliqulanın atını senator etməsi onun dəliliyinin başqa bir sübutudur. Başqa əməlləri də əlavə olunduqca, imperatorun dəlilik tezisi genişlənir. Kaliqula atını senator etməklə əslində onunla hakimiyyəti bölüşmək iddiasında olan bir qurumu ləğv edib. Senat respublika təcrübəsinə malik Romada hakimiyyətin cəmləşdiyi institusional mərkəz olsa da, Kaliqula bütün hakimiyyəti öz əlinə almaq və heç kimlə bölüşməməkdə qərarlı idi. Buna rəğmən o, senat rejimini bağlaya, senatorları ləğv edə və Roma respublikaçılığı institutlarını ləğv edə bilərdi. Lakin, imperator əvəzində daha simvolik, məcazi, dahi metaforik jest nümayiş etdirdi. Kaliqula senata onun gözündə nə qədər dəyərli olduğunu heyrətamiz məharətlə göstərdi. Bütün tarixi araşdırmalar, hadisəni təbii olaraq, Kaliqula və senat üzərində mərkəzləşərək araşdırmağa meyllidir.

Uzun müddət tarixçilər, məşhur Roma imperatorunu təsvirolunmaz qəddarlığı, ölçüyəgəlməz zorakılığı, hüdudsuz qanunsuzluğu ilə xatırlayır. Əslində, Kaliqulanın hakimiyyəti ələ almaq istəməsinin səbəbi, "müqəddəs monarxiya"nı öz üzərinə götürməyə çalışması idi. Roma cəmiyyətinin və Roma siyasətinin mürəkkəbliyi "ilk növbədə vətəndaş" prinsipinin davam etdirilməsini zəruri edirdi. Nəzərə almaq lazımdır ki, Kaliqula haqqında demək olar ki, bütün araşdırmalar onun mütləq hakimiyyətini sarsıtmağa çalışaran siyasi rəqibləri tərəfindən qələmə alınıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
348 380 352 331 355 341

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.