2023-cü il ".az" domeninin statistikası
Azərbaycanın milli domeni olan .az 25 avqust 1993-cü ildə ilk dəfə istifadəyə verilib. Artıq 30 ildir ki, bu domen qlobal internet şəbəkəsində ölkəmizə məxsus milli seqmenti təmsil edir. Bu ilin əvvəlindən .az domeni üzrə 42446 qeydiyyat baş tutub. Bu siyahıya .com.az | .co.az | .info.az | .name.az | .net.az | .int.az | .biz.az | .org.az | .pp.az | .pro.az subdomenləridə daxildir. Whois.az saytında göstərilən məlumata əsasən ilin əvvəlində bu domenlərin 7598 i ləğv edilib






