ice berg

ice berg Maraqlı 3-09-2023, 15:00

Xalı çox olanın düşməni çox olur, yoxsa dərdi?

Xalı çox olanın düşməni çox olur, yoxsa dərdi?
El arasında bir misal gəzir: "Xalı çox olan adamın düşməni çox olur". Niyə belə deyilib? Düşmən deyilərkən müxtəlif xəstəliklər nəzərdə tutulur?

Loading.aZ xalllarla bağlı kiçik araşdırmanı təqdim edir.

Xallar dərinin altında əlavə piqmentasiya olan hüceyrələrdir. Onlar anadangəlmə və ya günəşin təsiri ilə yarana bilər.

Xalların mövcudluğu iki fərqli amillə izah olunur: Günəşin zərərli təsiri və MC1R geni.

Bədənimizdə iki fərqli melanin növü var, eumelanin və feomelanin. Piqmentlər kimi tanınan bu növ melanin dərimizə, gözlərimizə və saçlarımıza aid olduğu rəngi verir. Eumelanin tünd saçlarda, dəridə, feomelanin isə qırmızı saçlı, solğun açıq dərili və yaşıl gözlü insanlarda görülən piqmentdir.

Bədənimizdə nə qədər xalın olması sahib olduğumuz melaninin növündən asılıdır. Sarışın adamlarda daha çox xal və ləkə olur.

Bəs üzdə və bədəndə arzuolunmuz xalların kəsilməsi hansısa problem yarada bilər? Bəzən kosmetoloqlar insanın istəyi ilə xalı yandırırlar.

Həkimlərin rəyinə görə, elə xallar var ki, yandırıla bilməz. Kəsilib yandırılmazdan öncə xalın etiopatogenezi mütləq dəqiqləşdirməlidir.

Günəş şüasının təsiri ilə bütün xallar aktivləşir. Narahatlıq verən xalın öncə dermatoskopiyası aparılmalı, xalın damar və sinir qidalanması yoxlanılmalıdır. Ümumi şəkli çəkilməli, bir il sonra, böyüyüb-böyümədiyi dəqiqləşdirilməlidir. Əgər xal böyüyürsə, qorxulu şişə çevrilməsi ehtimalına qarşı cərrahi üsulla kəsilib götürülür.

Adətən yaşlı insanlarda qoltuqaltında, boyunda xırda ətli xallar olur. Bunlar virus papillomasıdır. Onlar elektrokoaqulyasiya, yaxud maye azotla götürülə bilər. Mütəxəssilərin fikrincə, zədələnən xalı əməliyyatla götürmək lazımdır. Xallı insanlara gün altında uzun müddət gəzmək olmaz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
406 373 328 340 332 333

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.