Ulya

Ulya Mətbəx 5-08-2017, 10:00

Pendirli və göbələkli pti-fur

Pendirli və göbələkli pti-fur
Pendirli və göbələkli pti-fur


Tərkibi:

xəmir:

1/2 marqarin
3 x.q. xama
1 çimdik soda
2 st. un

iç (göbələkli):
4 ədəd əridilmiş pendir (holland)
4 yumurta (çiy)
2 baş soğan
500 q göbələk
1 kubik göbələk bulyonu
bitki yağı (qızartmaq üçün)
üstünə - 1 yumurtanın sarısı

bəzək:
mayonez
bərk pendir

iç (pendirli):
4 əridilmiş pendir
4 çiy yumurta
4 baş soğan
bitki yağı (qızartmaq üçün)
üstünə 1 yumurtanın sarısı

bəzək:
mayonez
bərk pendir

Xəmir: Sodanı xamada söndürün, marqarini sürtgəcdən keçirib qalan ərzaqlarla qarışdırın. Unu tədricən əlavə edib yumşaq xəmir yoğurun. Ən azı 2 saat dondurucuda saxlayın (bir gün əvvəldən də hazırlaya bilərsiniz).

İç: soğanı kubik doğrayın, qovurun. Göbələyi xırda doğrayıb başqa tavada içinə göbələk bulyonu kubiki əlavə etməklə qovurun. Göbələk, soğan, sürtgəcin iri gözündən keçirilmiş pendir və yumurtaları qarışdırın.

Xəmiri iki yerə bölün. Nazik yayın. Birinin üstünə perimetri boyu yer saxlamaqla iç qoyun. İkinci lavaşı üstünə çəkin, qıraqlarını bərkidin. Piroqun üstünə bir yumurtanın sarısını çəkin.

180 dərəcə qızdırılmış sobada üstü qızaranadək bişirin. Bişən zaman üstündə çəngəllə deşiklər açın.

Soyudun. Kənarlarını kəsin. Piroqu paylara bölün. Hər payın üstünə mayonez çəkib sürtgəcin xırda gözündən keçirilmiş pendir səpin. üstünü rəngli bolqar bibəri və ya cəfəri ilə də bəzəyə bilərsiniz.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
593 554 677 506 636 585

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.