weher uwagi

weher uwagi Maraqlı 12-09-2023, 19:30

Olduqca DUYĞULU bir XİLAS anı

Olduqca DUYĞULU bir XİLAS anı
Rumıniyada kiçik Pipera kəndi təlaş içində. 2 yaşlı Alina Paskaru quyuya düşüb və quyunun divarları arasında ilişib qalmışdır. O, demək olar ki, 5 metr dərinliyə düşüb, lakin quyu çox dərindir. Xilasedicilər uşağı xilas etmək üçün 6 saat ərzində müxtəlif xilasetmə tədbirləri həyata keçirsələr də, qızcığaz qorxudan quyuya buraxılan ipdən yapışa bilmir, quyu isə xilasedicinin oraya düşməsi üçün çox ensizdir. Müxbirlər başqa yolu izləyicilər, yəni camaat arasında görürlər. Ana təsəllilərdən imtina edir, ata güclə dayanır.

Gözlənilmədən Uana Furnika adlı yeniyetmə qız irəliyə çıxaraq quyuya enməyə razılaşır. O, demək olar ki, 5 metrlik quyuya tam qaranlıq içində ayaqları göydə düşməli olacaq. Kişilər qızın göstərişlərinə qulaq asan anda, camaat sükuta qərq oldu. Birdən qız qışqırır ki, onu qaldırsınlar. Lakin, əlləri ilk cəhddən boş çıxır. Deyir ki, qız çox dolaşdığından onu çıxara bilmədim. Lakin, qısa fasilədən sonra Uana xahiş edir ki, onu yenidən quyuya buraxsınlar. Bu, qızı xilas etmək üçün sonuncu şans ola bilər. O, quyuya endirilən anda ölkənin milyonlarla izləyiciləri nəfəslərini saxlayır...

Budur, uşaq təhlükəsizdir, o şok içindədir və ona çox soyuqdur, lakin hər şey yaxşı olacaq. İcra başçısı Uananı torpaq sahəsi ilə mükafatlandırdı. O, həmçinin televiziya izləyicilərindən 5000 dollar qazandı. Alina isə, artıq onu ölümün pəncəsindən qurtaran anın seyr olunduğu bütün ölkədə məşhur oldu.

Həmin 2 dəq 26 saniyəlik qısaldılan videoçarxda qandonduran xilas anını izləyə də bilərsiniz. Buyurun!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
411 445 400 340 390 358

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.