ice berg

ice berg Müxtəlif 13-09-2023, 22:00

Sən məni heç tanımırsan

Sən məni heç tanımırsan
Sən məni heç tanımırsan. Məsələn qıraqdan güclü görünsəm də, əslində nə qədər qırılğan olduğumu bilmirsən. Ən kiçik şeylərə belə günlərcə fikir eliyib ağladığımı bilmirsən. Kiçicik bir xəyalın məni nə qədər xoşbəxt elədiyini, xoşbəxt olanda gözlərimin dolduğunu bilmirsən. Neçə yaşıma gəlirəmsə gəlim yelləncəkdə oynamağı hər zaman sevəcəyimi, pişikləri çox sevdiyimi, əlimi cırmağlasalar da onlara qıya bilmədiyimi bilmirsən. İldırım çaxanda qorxduğumu, əsəbi olanda çox yediyimi bilmirsən axı. Üşüdüyümdə dişlərimin titrədiyini, ən çox da burnumun üşüdüyünü bilmirsən. Əllərimin heç isinmədiyini, həmişə buz kəsmiş kimi soyuq olduğunu bilmirsən. Amma bunlara rəğmən qışı nə qədər çox sevdiyimi də bilmirsən. Ən xoşbəxt anımı, ən pis halımı bilmirsən. Gözlərim zəif görsə də eynək taxmağı sevmədiyimi bilmirsən. Yuxuda kabus gördüyümdə səhərə qədər yastığı qucaqlayıb ağladığımı bilmirsən. Ən sonuncusu, gecə, özümü tək hiss elədiyim bilmərsən.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
545 527 455 504 454 446

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.