Təbiətin sirri – Məhəbbət aclığa qalib gəldi
Saba Duqlas-Hamilton adlı bir təbiət qoruyucusu Samburuda Kamunyak adını verdiyi dişi şir ilə antilopa balasını aşkar edir. Kamunyak bu balanı öz balası kimi qoruyur, anasız qaldığını yanında olaraq unutdurmağa çalışır. Antilopa balası ana südü tapa bilmədiyinə görə, dişi şir də onun aclığını görüb hətta avtomobildən onların hərəkətlərinə nəzarət edən Sabanın ona ət atdığına laqeyd yanaşaraq yeməkdən imtina edir. Kamunyak bir an belə onun yanından ayrılmır, hara gedirsə arxasınca düşür.
Sonda isə bir erkək şir gəlib antilopa balasını haldan düşmüş dişi şirin yanından apararaq yeməyə başlayır. Kamunyak həmin bu erkək şirin antilopa balasını parçaladığı yeri iylərək sanki öz vafət etmiş balasını ağlayır. Onlar 2 həftə bir yerdə olurlar. Sonra Kamunyak nəhayət bir heyvan tutub yeyir. Bir neçə müddətdən sonra o yenə dörd balaya baxır, amma ilk baxdığı qədər uzun çəkmir. Bəziləri ya aclıqdan ölür, ya da qaçıb gedir. Sonuncu balanı öz anası tapmışdı.
Heyvanlar üzrə mütəxəssislərin araşdırmalarına görə bu dişi şir ya sonsuz olduğuna görə qurbanları ilə öz balası kimi davranır, ya da öz sülaləsini itirdiyinə görə bu cür edirdi. Bununla da alimlər bir daha bu şirin təbiətin qanununu pozmasına çox təəccüb edərək həmin yeri xatirə dolu xeyli suallarla tərk edirlər.
Nəhayət, 7 dəqiqə 43 saniyəlik video çarxa baxaraq yuxarıda deyilənlərin canlı şahidi ola bilərsiniz.