Ulya

Ulya Şeirlər 5-08-2017, 15:00

Axı

Axı
Axı




Çox incidər hərzə sözün yarası,
Günah sözdə, yara neyləsin axı?
Dərin dişlər arxalı ev tulası,
Günah evdə, dişlər neyləsin axı?

On kişinin odunun yığan insan,
On inəyin südünü sağan insan,
On cahilin sözlərin udan insan
Niyə çörəyini düşünsün axı?

Zakir ürəyində hər daşa ağlar,
Anaya, ataya, qardaşa ağlar,
Yarına, sirdaşa, yoldaşa ağlar,
Niyə öz gününə ağlasın axı?!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
653 650 497 485 507 520

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.