KiBirLi_PrenS.

KiBirLi_PrenS. Maraqlı 2-10-2023, 15:00

Özünə dəbdəbəli türmə tikən narkobaron Eskobar haqda şok faktlar

Özünə dəbdəbəli türmə tikən narkobaron Eskobar haqda şok faktlar
Qəribədir ki, qanlı terrorların atası olan Eskobarı çoxu Robin Hudla müqayisə edirdi. Çünki xalqı üçün məktəblər, idman sahələri inşa etdirir, xeyriyyə işlərinə milyonlar xərcləyirdi. Kasıb məhəllələrin atası sayılırdı Eskobar... Evsizlər üçün tikdirdiyi məhəllələr bu gün də narkobaronun adı ilə anılır. Eskobar öz PR siyasətini yürütməkdən zövq alır, bir gün Kolumbiyanın prezidenti olacağına ümid bəsləyirdi. Hətta onun izinə düşən beynəlxalq təhlükəsizlik təskilatları etiraf edirdilər ki, xalqın ona olan məhəbbəti narkobaronu su üzünə çıxarmağa mane olurdu. Kasıb kolumbiyalılar Eskobarı Tanrı qədər sevirdilər.

Təyyarədə 107 nəfərin ölüm səbəbkarı

1989-cu ildə "Boinq 727" Kolumbiya səmasında partlayır. Qəza nəticəsində 107 nəfər dünyasını dəyişir. Sonralar məlum olur ki, Eskobar bu terror aktını Kolumbiya prezidentliyinə namizəd Sesar Qaviria Truxoliyonu qorxutmaq üçün gerçəkləşdirib. Təyyarədə 2 ABŞ vətəndaşının da ölməsi prezident Buşu Eskobarın ovuna sövq etmişdi. 1993-cü ildə isə Pablo Eskobarın bombası yenə 20 nəfərin canını alır. Ölənlər arasında 4 uşaq da vardı. Boqotanın kitabxanasında törədilən terror zamanı 70 nəfər yaralanmışdı. Eskobar bu vəhşiliklə prezident Qaviriaya hüquqlarını tələb etdiyini bildirmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
456 451 436 415 408 341

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.