ice berg

ice berg Texnologiya 9-10-2023, 11:42

“iPhone 15 Pro”nun isinməsini aradan qaldıran yeniləmə təqdim edildi

“iPhone 15 Pro”nun isinməsini aradan qaldıran yeniləmə təqdim edildi
“Apple” şirkəti bu yaxınlarda təqdim etdiyi “iPhone 15 Pro”nun tez-tez isinməsi istifadəçilərin şikayətinə səbəb olub.

Loading.aZ “9to5Mac”a istinadən xəbər verir ki, şirkət baş verənlərə görə üzr istəyib və bunun tezliklə aradan qaldırılacağı ilə bağlı söz vermişdi.

Bildirilir ki, artıq “Apple” yeni smartfonların həddindən artıq qızmasını aradan qaldıran iOS 17.0.3 yeniləməsini təqdim edib.

Yeniləmə ölçüsü təxminən 300 meqabayt olub. Şirkət oktyabrın əvvəlində yeniləmənin buraxıldığını elan edib.

Mütəxəssislər, həmçinin A17 Pro prosessorunun qızmasını aradan qaldırmaq üçün “Apple”ın prosessor tezliyini azaltmağı təklif edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
531 449 459 450 464 453

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.