ice berg

ice berg Gözəllik 9-10-2023, 11:48

Göz formasına uyğun makiyaj etmək üsulları

Göz formasına uyğun makiyaj etmək üsulları
Gözlərə makiyaj edərkən gözün forması əsas tutulmalı və gözlərdə olan qüsurları örtəcək şəkildə bir makiyaj edilməlidirlər.

Gözlərə vurulan göz kölgələri çox açıq və canlı rənglərdə olmamalıdır.

Yüngül tonlarda olan göz kölgələri gözləri daha təbii və gözəl göstərir.

Hər bir göz formasına uyğun makiyaj eləməyin üsullarını nəzərdən keçirək.

Böyük gözlər üçün makiyaj

Böyük gözlərə sahib olanlar gözlərinin altına qara qələm çəkə bilərlər. Qara qələm gözləri balaca göstərir.

Lakin gözünüzün daha da böyük görünməsini istəyirsinizsə, gözünüzün altına ağ qələm çəkə bilərsiniz.

Bundan əlavə gözlərinizi böyük göstərmək üçün açıq rəng göz kölgələri, kiçik göstərmək üçün isə tünd rəng göz kölgələrindən istifadə edin.


Kiçik gözlər üçün makiyaj

Kiçik gözləri olan xanımlar heç vaxt gözlərin altına qara qələm çəkməməlidirlər. Çünki bu zaman gözləri daha da kiçik görünəcəkdir.

Gözünüzü daha böyük göstərmək üçün altına və içinə ağ qələm çəkin. Göz kölgələrində isə açıq rənglərə üstünlük verin.

Bir-birinə yaxın gözlər üçün makiyaj

Gözlərinizin bir-birindən daha uzaq görünməsi üçün edəcəyiniz makiyaj göz ucunda deyil gözün quyruq hissəsində daha qabarıq olmalıdır.

Bunun üçün tuşu yalnız gözünüzün ucundakı kirpiklərinizə çəkin. Göz qapağınızın ortasına qədər açıq rəngdə göz kölgəsi vurun.

Bir-birindən uzaq gözlər üçün makiyaj

Gözləri bir-birinə yaxınlaşdırmaq üçün isə əksinə makiyaj gözün iç hissəsində daha qabarıq olur.

Burnun uc hissəsinə tünd rəngdə tonal krem çəkməklə gözləri bir-birinə yaxınlaşdıra bilərsiniz.

Bundan əlavə tonal kremi qaşlarınıza doğru yayın və tuşunuzu 2 qat çəkin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
502 477 479 422 409 381

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.