amon

amon Sevgi 13-01-2021, 09:00

Ona de ki, xoşbəxtəm

Ona de ki, xoşbəxtəm
Ona de ki, xoşbəxtəm

Ona de ki, xoşbəxtəm, yalan danış adımdan. De ki, əsər qalmayıb sən gördüyün adamdan.

De ki, heç əksik olmur üz-gözündən səadət. Səni çoxdan unudub, "Xoşbəxt” olub nəhayət.

Nolar ona demə ki, Onsuz dəli olmuşam, arzuları bəhrəsiz, yarı yolda qalmışam. Adımı çəkmə nolar, adımı da anmasın.

Mən bitdim, heç olmasa onun qəlbi yanmasın! Məni ona tanıtma. Qoy məni "günah.” bilsin..Mən min dəfə ölürəm, qoy o bir dəfə ölsün. Gözlərinə çoxlu bax.

Gör yenə də sevirmi? Soruşsa mən hardayam. Nolar, demə yerimi! Əziz dost, son xaişim. Tut onun əllərindən, mənə qoxusun gətir. Qoy ətri gəlsin səndən! Ona de ki, xoşbəxtəm.

Yalan danış adımdan. De ki, əsər qalmayıb, sən gördüyün adamdan.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
805 920 799 798 872 817

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.