ice berg

ice berg Münasibətlər 13-10-2023, 14:30

Mübahisələrdə kişilər qadınlara niyə uduzur?

Mübahisələrdə kişilər qadınlara niyə uduzur?
Baş verən mübahisələrdə çox vaxt qadınlar kişiləri qabaqlayır. Bəs, həmin mübahisələr zamanı kişilərin qadınlara uduzmasının səbəbi nədir?

Loading.aZ xarici mediaya istinadən xəbər verir ki, qadınlar məsələlərin təfərrüatlarını və şərtlərini kişilərdən daha yaxşı xatırlayırlar.

İsveç alimləri hesab edir ki, qadınlarda epizodik yaddaş daha yaxşı inkişaf edib. Bu da onlara sübut kimi daha çox fakt gətirməyə imkan verir.

Mütəxəssislər bildirir ki, ümumiyyətlə kişilərin mübahisəyə girməmələri daha məsləhətdir. Çünki çox vaxt qadının fikri daha əsaslı və haqlı səslənir.

Alimlər kişi və qadınların epizodik məlumatları necə yadda saxladıqlarına dair yüzlərlə materialı təhlil ediblər. Onların nəzərdən keçirdikləri tədqiqatlar 1973-2013-cü illər arasında aparılıb və 1,2 milyon insanı əhatə edib.

Məlum olub ki, qadınlar bir həftə əvvəl baş verənləri hər detalı ilə yadda saxlayır, həm də hadisələri mükəmməl xatırlayırlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
415 400 375 353 377 400

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.