Yazar

Yazar Münasibətlər 21-10-2023, 17:00

Toxunuş - bir neçə kəlmə ilə (köşə yazısı)

Toxunuş - bir neçə kəlmə ilə  (köşə yazısı)
​



Biz həyatımız boyu bir çox predmeti görürürk, yadda saxlayırıq.Həmin şahidi olduğumuz o – hər nədirsə, bizim hədsiz marağımıza səbəb olubsa və ya emosional və fiziki tələblərimizlə üst-üstə düşübsə, biz həmin o materialı unutmuruq, əksinə bir müddət sonra onunla bağlı xəyallar qururuq, ideyalar emal edirik və düşüncəmizdə canlandırırıq.Bu həm insan, həm də başqa bir nə isə ola bilər. Bizi onunla bağlı xülyalar qurmağa vadar edən səbəb isə - sahib olmaq hissimizdir ki, biz həmin varlığı ilk olaraq fantaziyalarla əldə etməyə, yiyələnməyə çalışırıq.



Heç diqqət etdinizmi insan sahibləndiyi, yanında olduğu adamın və ya əşyanın uydurmalarına qapılmaz, onunla bağlı fikirləri ideologiya həddinə yüksəltməz və özündə onunla bağlı bir asılılıq duymaz. Fərd yalnız ondan uzaqda olan birisini böyük şövq və həvəslə istəyər, ona çatmaq arzusunda olar və bərk-bərk sarılmağı diləyər.

Əgər bir oğlan sevdiyi qızın saçlarına, mühəndis üzərində çalışdığı obyektin parçalarına, mexanizminə, yazıçı öz yazdıqlarının kağız üzərindəki əksinə və bir əkinçi zəhmət çəkib ərsəyə gətirdiyi məhsula, onun səthinə xüsusi bir həssaslıqla toxunmursa, ona – öz işinə sahib deyil deməkdir.

Həyat toxunuşla başlar, bu duymanın və qavramanın ilkin və sadə halıdır. Təmasda ola bilmədiyin heç bir nəsnə isə sənə məxsus olmur. Və bu toxunuş sadəcə əl ilə olmaz. Bu üzlə, gözlə və hətta nəfəslədə olur. Ancaq heç bir halda təmasda olmadığın bir şey sənin deyil. Hədəflər, arzular və planlarda bizim olmazlar. Ta ki onları gerçəkləşdirib, toxunana qədər.



Baş barmağınızı nəbzinizin üzərinə yaxınlaşdırın. Döyüntünü hiss edirsinizmi ? Əlbəttdə, ancaq siz indi bunu sadəcə duymursunuz, həm də o anı yaşayırsınız. Nəbziniz, dolayısıylada ürəyiniz bundan əvvəldə döyünürdü, amma siz indi onu daha fərqli şəkildə hiss edirsiniz.



Əskinaslarınız, eynəyiniz, qol saatınız, avtomobilinizin sükanı, bir körpənin məsum gözləri, yağan qar, futbol topunuz, qələminiz və sizə doğma olan hər şey toxunduğunuz müddətcə sizə məxsusdur. Uzaqdan-uzağa, vəd edilən və təsvirdə olan hər şeydən məhrumsunuz.



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
462 500 437 459 392 444

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.