weher uwagi

weher uwagi Maraqlı 23-10-2023, 11:46

"BUZ DÖVRÜ" ŞOUSU

"BUZ DÖVRÜ" ŞOUSU
Aşağıda göstərilən videoçarxda cütlüyün əvvəlcə məşq zamanı 2 dəqiqəlik müsahibələri yer alıb, 2-ci dəqiqədən sonra baxmağınızı tövsiyə etdiyim (3 dəq 35 saniyəlik) rəqsin özü ilə paralel olaraq Sizə şounun fonunda danışan aparıcının fikirləri tərcümə edilmiş şəkildə çatdırılmışdır! Xoş izləmələr!


Qarşılayın, Alyona Bobenko və Roman Kostomarov buz üzərində!!!

Bu nömrəni Aleksandr Julin səhnəyə qoyub və uşaqlar (Alyona və Roma) onunla birlikdə qeyd edirlər ki, bu Azərbaycan rəqsidir, mahnı "in your dreams" (sənin arzularında) adlanır və müəllif Əlixan Səmədovdur. İştirakçılarımızın geyimləri rəngarəngdir. Doğrudur, əslində bizim şoudakı bütün iştirakçıların geyimləri rəngarəngdir. Birinci kanal əlindən gələni edib.

Qeyd: Müxbir müəllifin adını Əlixan Səmədov söyləməklə və mahnıya "in your dreams" adını verməsi ilə belə güman edə bilərik ki, sadəcə onun musiqiçi olaraq balabanda ifa etdiyini nəzərdə tutub və əsərin adını dəqiqliklə araşdırmayıb. Əks halda çox kobud bir səhvə yol vermiş sayılır. Hər kəsə məlumdur ki, bu bənzərsiz və unudulmaz əsərin müəllif-bəstəkarı Ələkbər Tağıyevdir (1924-1981), sözləri Mədinə Gülgünə (1926-1991) aiddir. Əsər "Sən gəlməz oldun" adlanır.

Çıxışın sonunda müxbir tərəfindən işlədilən xoş sözlər:

Buz üzərində al-əlvan, parlaq, yadda qalan miniatür çıxış. Qəhrəman Bobenko bunu ötkəm, qürurlu, hətta küsmüş qadın personajı kimi başladı. Sonda göstərilən diqqətdən, hisslərin yaranmasından sonra əsərin qəhrəmanı əridi. Rəqs, artıq bir-birini sevən cütlük kimi başa çatır. Azərbaycan koloriti də çox gözəl nəzərə alınmışdır. Əllərin hər bir hərəkəti, oğlan iştirakçının hər bir diqqəti xüsusən Qafqaz tərzinə, üsuluna uyğun biçilmişdir. Aleksandr Julinin çox maraqlı qərarı məndə böyük təəssüratlar oyatdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
374 396 388 398 445 428

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.